EN

Martda 17 gün iş olmayacaq

2026-cı ilin martında Azərbaycanda rəsmi bayramlar və istirahət günləri ilə əlaqədar 17 qeyri-iş günü nəzərdə tutulur.

Martın 8-i Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən 9 mart da qeyri-iş günü hesab olunacaq.

Bundan əlavə, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar martda uzunmüddətli istirahət günləri olacaq.

Əmək Məcəlləsinin tələblərinə əsasən, bayram günlərinin şənbə və bazar günlərinə təsadüf etməsi və üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günləri müəyyən edilib.

Belə ki, 20, 21, 22, 2324 mart Novruz bayramı günləri kimi qeyri-iş günü hesab olunur. 2122 mart tarixləri müvafiq olaraq şənbə və bazar gününə təsadüf etdiyindən 2526 mart tarixləri də qeyri-iş günü hesab olunacaq.

Ramazan bayramının 2021 mart tarixlərində Novruz günləri ilə üst-üstə düşməsi nəticəsində 2730 mart tarixləri də qeyri-iş günü sayılacaq.

2829 mart tarixləri də müvafiq olaraq həftənin şənbə və bazar gününə təsadüf edəcək.

Chosen
24
28
aznews.az

10Sources