EN

Gəncədə memarın sahibkar nəvəsi iş yerində həyatını itirdi

Gəncənin keçmiş tanınmış memarı və ziyalısı Fərman İmamquliyevin nəvəsi Fərid Əkbərov vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, Gəncə şəhərində sahibkarlıqla məşğul olan Fərid Əkbərov iş yerində qəfil səhhət problemi ilə üzləşib. O, təcili yardım avtomobili ilə yaxınlıqdakı özəl xəstəxanaya çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Fərid Əkbərov 25 ildən artıqdır sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu və şəhərdə geyim satışı mağazası fəaliyyət göstərirdi.

Turab

Chosen
29
nocomment.az

1Sources