EN

İsrail ordusu Livana hücum etdi

BAKI, 28 fevral. TELEQRAF

İsrail ordusunun Livan ərazisinə endirdiyi son zərbələr nəticəsində “Hizbullah” Hərəkatının silahlı qanadına məxsus raket qurğuları və yeraltı anbarlar hədəfə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir: “İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı bir neçə ərazidə “Hizbullah” terrorçularının hədəflərinə hücum edib. Hücumlar “Hizbullah”ın İsrail Dövlətinə qarşı terror hücumları planlaşdırmaq üçün istifadə etdiyi raket atıcı qurğuları və yeraltı anbarları hədəfə alıb”.

Chosen
14
teleqraf.com

1Sources