EN

Varşavada “Nabat” filmi nümayiş olunub (FOTO)

Bakı. Trend:

Polşadakı Varşava Azərbaycan Evində Xocalı soyqırımınınildönümünə həsr olunan anım tədbiri təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatagörə, Varşava Azərbaycan Evi və Polşa Azərbaycanlıları Şurasınıntəşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icması ilə yanaşıyerli ictimaiyyət nümayəndələri də iştirak edib.

Polşa Azərbaycan Şurasının (PAŞ) Varşava üzrə İdarə Heyətininüzvü Tuncay Novruzzadə və təşkilatın üzvü Amin Məhərrəmzadə Xocalısoyqırımı haqqında geniş məlumat veriblər. Qeyd olunub ki, Xocalıfaciəsi Azərbaycan xalqının yaddaşında unudulmaz yer tutur. Hər birazərbaycanlı üçün bu tarixi ədalətin bərpası, qurbanlarınxatirəsinin qorunması və gələcək nəsillərin milli və mənəvidəyərlərlə maarifləndirilməsi üçün önəmli hadisədir.

Daha sonra Qarabağ müharibəsindən bəhs edən “Nabat” filminümayiş olunub. Film müharibənin insan talelərində buraxdığı dərinizləri, doğma torpaqlardan didərgin düşməyin ağrısını və anaobrazının timsalında xalqın mənəvi dözümünü təsirli şəkildə əksetdirib. Ekran əsəri izləyicilərdə kövrək duyğular oyadıb.

Tədbirdə Xocalı dəhşətlərini əks etdirən foto-sərgi də nümayişolunub. Dağıdılmış evlər, itirilmiş ailələr, əzab çəkmiş uşaqlar vəyaşlı insanlar, eləcə də şəhərin viran qalmış küçələriiştirakçıların diqqətini çəkib. Eyni zamanda sərgi Xocalısoyqırımının beynəlxalq miqyasda tanınmasının vacibliyinivurğulayan mesaj verib.

Anım tədbirinin təşkilatçılar Varşava Azərbaycan Evinin mediadepartamentinə müsahibələr verib. Müsahibələrdə tarixi həqiqətlərinunudulmaması, insanlıq dəyərlərinin qorunması və gənc nəsillərinmənəvi tərbiyəsi üçün bu kimi tədbirlərin önəmi vurğulanıb.

Qeyd edək ki, Varşava Azərbaycan Evi mütəmadi olaraq Xocalısoyqırımı ilə bağlı anım mərasimləri, konfranslar və ictimaimaarifləndirmə layihələri həyata keçirir. Bu təşəbbüsləriştirakçılarda dərin emosional təsir yaratmaqla yanaşı, tarixihəqiqətlərin gələcək nəsillərə ötürülməsi və humanitar dəyərlərintəşviqi üçün mühüm platforma rolunu da oynayır.

Varşavada
Varşavada
Varşavada
Varşavada
Varşavada
Varşavada
Varşavada
Chosen
14
az.trend.az

1Sources