EN

Cəlilabadda sel 3 kəndin rayon mərkəzi ilə əlaqəsini kəsdi

CƏLİLABAD, 28 fevral. TELEQRAF

Cəlilabad rayonunun Vənlik kəndi ərazisində yerləşən müvəqqəti, suötrücü qurğusu güclü yağışlardan sonra yenidən qəzalı vəziyyətə düşüb.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, ötən ildən bəri bir neçə dəfə müvəqqəti bərpa olunan beton konstruksiyanı son sel suları yenidən yuyaraq yararsız hala salıb.

Hazırda ərazidə müvəqqəti təmir işləri aparılır.

Bu keçid Vənlik, Oğrubulaq və Fətullaqışlaq kəndlərinin rayon mərkəzi ilə yeganə nəqliyyat əlaqəsidir.

Chosen
13
teleqraf.com

1Sources