“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone hücumçu Antuan Qrizmannın gələcəyi ilə bağlı sualı cavablandırıb.
Publika.az xəbər verir ki, daha əvvəl mediada fransız futbolçunun yaxın günlərdə MLS klubu “Orlando Siti”yə transfer olunacağı bildirilirdi.
“Artıq bu barədə danışmayacağam. Diqqətimi “Ovyedo” ilə oyuna və Qrizmannın bizim üçün nə qədər vacib olduğuna yönəltmişəm. Qrizmannla nə baş verəcəyini bilmirik. Onun bizim üçün nə qədər vacib olduğunu təkrarlamayacağam.
Hamı ondan danışır. Biz Antuanla danışırıq, o, ona nə qədər ehtiyacımız olduğunu bilir. “Ovyedo”, “Barselona”, “Real Sosyedad”, “Tottenhem”… Bizi məhz bu gözləyir”, – AS Simeonenin sözlərini sitat gətirib.