Məlumata görə, bu qüvvələr İrana mümkün zərbə endirilməsi ehtimalına qarşı hazır vəziyyətə gətirilib.
Eyni zamanda 100-ə yaxın yanacaqdaşıyan (hava tankeri) təyyarə, 20 ədəd uzaqmənzilli radiolokasiya və idarəetmə sistemi (AWACS) təyyarəsi, 18 radioelektron mübarizə təyyarəsi, onlarla kəşfiyyat və xüsusi təyinatlı hava vasitəsi dislokasiya edilib. Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus bir neçə esmines və aviadaşıyıcıların aviasiya qanadları da Yaxın Şərqdə yerləşdirilib.
Məlumatda bildirilir ki, sözügedən hərbi qüvvələrin cəmləşdirilməsi regionda artan gərginlik fonunda həyata keçirilir və əsas məqsəd mümkün hərbi əməliyyatlara operativ reaksiya verməkdir. Rəsmi Vaşinqton və Təl-Əviv tərəfindən məsələ ilə bağlı hələlik geniş açıqlama verilməyib. Regionda vəziyyətin necə inkişaf edəcəyi isə beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
Qeyd edilib ki, yaxın saatlarda İrana qarşı şiddətli hücum başlaya bilər.
