EN

ABŞ İrana qarşı genişmiqyaslı əməliyyata başlayıb - Donald Tramp

Bakı. Trend:

ABŞ İrana qarşı genişmiqyaslı əməliyyata başlayıb.

Trend xəbər verirki, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth Social”səhifəsində bəyan edib.

Onun sözlərinə görə, əməliyyatın məqsədi İranda hakimiyyətdəolan qüvvələrdən qaynaqlanan təhlükənin aradan qaldırılması yoluilə Amerika xalqının müdafiəsini təmin etməkdir. Dövlət başçısıbildirib ki, Tehranın hərəkətləri ABŞ-nin- xaricdə yerləşən hərbibazalarına birbaşa təhdid yaradır.

Tramp vurğulayıb ki, Vaşinqton artıq buna dözmək niyyətindədeyil.

Fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvədanışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞİrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və YaxınŞərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.

Fevralın 26-da Cenevrədə İran və ABŞ arasında İranın nüvəproqramı ilə bağlı danışıqların üçüncü raundu keçirilib. ABŞPrezidenti Donald Tramp administrasiyasında baş tutan görüşvəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şans kimiqiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana qurudan, dənizdən vəhavadan zərbələri endirməyə başlayıb.

Məqalədə:
Chosen
12
32
az.trend.az

10Sources