EN

DİN vətəndaşları kiberdələduzluq təhlükəsi barədə xəbərdar edir » AzadMedia.az


Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi vətəndaşları kiberdələduzluq hallarına qarşı diqqətli olmağa çağırır.

Son dövrlər kiberdələduzluq hallarında artım müşahidə olunduğunu nəzərə alaraq, Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara növbəti dəfə xəbərdarlıq edilir. Bildirilir ki, naməlum nömrələrdən daxil olan zəng və mesajlara ehtiyatla yanaşılmalı, şəxsi məlumatlar, bank kartı rekvizitləri, şifrələr və təsdiq kodları heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır.

Nazirlik bir daha xatırladır ki, şəxsi məlumatlarınız maliyyə təhlükəsizliyinizin əsas təminatıdır və bu məlumatların kənar şəxslərə ötürülməsi ciddi maddi zərərlə nəticələnə bilər. Şübhəli hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına müraciət edilməsi tövsiyə olunur.
Chosen
13
1
azadmedia.az

2Sources