EN

Real ingilis klubunun yarımmüdafiəçisinə görə 50 milyonundan keçməyə hazırdır

sport24.az saytına istinadən ain.az xəbər verir.

"Real" "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Ramon Alvares de Mon "X" sosial media səhifəsində paylaşım edib.

Mənbənin sözlərinə görə, "Kral klubu" 29 yaşlı futbolçu üçün 50 milyon avro ödməyə hazırdır. 

Qeyd edək ki, Rodri 2019-cu ilin yayından bəri "şəhərlilər"in formasını geyinir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 22 oyunda meydana çıxıb və bir qol vurub. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalındakı məlumata görə, onun bazar dəyəri 75 milyon avrodur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
sport24.az

1Sources