EN

İranda hücumla bağlı qərargah yaradıldı

ain.az, Modern.az portalına istinadən məlumat verir.

İran Daxili İşlər Nazirliyi ölkə əhalisinə müraciət edib.

Modern.az açıqlamanı təqdim edir:

“İran İslam Respublikasının böyük xalqına bildiririk ki, cinayətkar düşmən beynəlxalq qanunları və aparılan danışıqları pozaraq vətənimizə qarşı təkrar hücum edib. Daxili İşlər Nazirliyi cəmiyyətin nizam-intizamını və sakitliyini qorumaq, həmçinin əhaliyə yardım göstərmək üçün bütün imkanlardan istifadəni prioritet hesab edir".

Bu məqsədlə nazir bütün vilayət qubernatorlarına göstəriş verib, əvvəlcədən təqdim edilmiş təlimatları xatırladıb və vilayətlərin vəziyyəti barədə mümkün qədər tez hesabatların alınmasının, həmçinin əhalinin təcili ehtiyaclarının təmin edilməsi üçün bütün resursların səfərbər edilməsinin vacibliyini vurğulayıb.

Həmçinin Eskander Momeni göstərişi ilə ölkədə böhran idarəçiliyi üçün qərargah yaradılıb və bütün zəruri göstərişlər vilayətlərin böhran idarəetmə idarələrinə və müvafiq təşkilatlara göndərilib.

Daxili İşlər Nazirliyi əhalini sakit və soyuqqanlı olmağa çağırır, şəhərlər daxilində və şəhərlərarası hərəkətləri mövcud vəziyyəti nəzərə alaraq həyata keçirməyi tövsiyə edir.

Habelə yalnız rəsmi mənbələrdən – milli televiziya və radio daxil olmaqla – xəbərləri almaq, şayiə və yalan məlumatların yayılmasından çəkinmək tövsiyə olunur ki, panika yaranmasın,” – deyə İran Daxili İşlər Nazirliyinin müraciətində qeyd edilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
modern.az

1Sources