EN

“Memorial Kompleks həm də gələcək nəsillərə ünvanlanan tarixi mesajdır”

“Fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı təkcə ölkənin ictimai-siyasi həyatında baş vermiş mühüm hadisə olaraq deyil, həm də mənəvi ədalətin təntənəsi kimi tariximizin yaddaşına həkk olundu”.

Publika.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu mərasimdə iştirakı dövlətin Xocalı həqiqətlərinə verdiyi ali siyasi qiymətin daha bir açıq ifadəsi oldu. “Xocalı torpağında ucaldılan Xocalı Soyqırımı Memorial Kompleksi yalnız keçmişin xatirəsi deyil, həm də gələcək nəsillərə ünvanlanan tarixi mesajdır. Dövlət başçısının çıxışında vurğulanan əsas məqamlardan biri Xocalı faciəsinin mahiyyəti ilə bağlı idi. Bu faciə təsadüfi müharibə epizodu yox, planlı şəkildə həyata keçirilmiş, azərbaycanlılara qarşı yönəlmiş kütləvi qırğın aktıdır. Xocalıda baş verənlər insanlığa qarşı törədilmiş ağır cinayətdir və bu cinayətin məsuliyyəti birbaşa Ermənistan dövlətinin üzərinə düşür. Qadınların, uşaqların, qocaların amansızcasına qətlə yetirilməsi Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub və bu yaddaş heç vaxt susmayacaq.”

Chosen
5
5
publika.az

10Sources