BAKI, 28 fevral. TELEQRAF
“Azərbaycanda olmaqdan məmnunam”.
Teleqraf xəbər verir ki, bu sözləri tanınmış mütəxəssis Roman Yahoda idman tibbi mövzusunda qələmə aldığı “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis Azərbaycanla əməkdaşlığın perspektivlərindən danışıb:
“Bu, bizim atdığımız ilk addım deyil. İndiyə qədər Azərbaycan İdman Akademiyası ilə həm reabilitasiya, həm də idman sahəsində çox işlər görmüşük. Bugünkü tədbirimizin əsas məqsədi fəaliyyətimizi ictimaiyyətə təqdim etmək idi. Ümid edirəm ki, bu təqdimatdan sonra qarşımızda yeni imkanlar açılacaq - digər akademiyalar və institutlar bizimlə əməkdaşlıq edəcək. Gördüyümüz işləri daha geniş müstəvidə həyata keçirmək niyyətindəyik”.