EN

Ən çox bu sahələri təmsil edənlərə xaricdə MÜKAFAT VERİLİR

Mükafat almaq, əməyinin bəhrəsini görmək hər zəhmət çəkən insanın arzusudur. Xaricdə mükafat almaq isə ikiqat dəyərlidir, çünki zəhmətinin şöhrəti ölkənin sərhədlərini aşır, beynəlxalq müstəvidə tanınır.

Maraqlıdır xarici ölkələrdə fəxri mükafat almış nə qədər azərbaycanlı var? Ən çox hansı sahələrdə mükafatlar qazanılıb?

Hazırda rəsmi mənbələrə əsaslanan tam dəqiq statistik say göstərmək mümkün deyil. Yəni ümumi siyahı mövcud deyil. Çünki müxtəlif ölkələrdə verilmiş fərqli tipli mükafatların statistik hesabı yoxdur və onları vahid kateqoriyada toplamaq çətindir.

Bununla belə, xüsusilə diaspor sahəsində, həmin ölkələrdə yaşayan azərbaycanlılar bu ölkədə qazandığı nailiyyətlərə görə yüksək şəkildə mükafatlandırılıblar. Eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına dəstək verən xarici nümayəndələrə də fəxri mükafatlar təqdim olunub.

İkinci yerdə mədəniyyət və ədəbiyyat sahəsi gəlir.  

Azərbaycan sənətçiləri və ədibləri müxtəlif beynəlxalq müsabiqə və festivallarda mükafatlar qazanırlar.  Bundan başqa, siyasət, elm, publisistika sahələrində də kifayət qədər mükafatlar əldə olunub.

Məsələn, dünyanın ən nüfuzlu mükafatlarından sayılan Nobel mükafatına layiq görülən ilk alim tanınmış fizik Lev Landau olub. Landau 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülüb.

Nobel mükafatına təqdim olunmuş ilk Azərbaycanlı həkim Sona Vəlixanlıdır. O, 1940-cı ildə mükafata təqdim olunub, lakin II Dünya müharibəsinin başlanması ilə əlaqədar mükafat verilməyib.

Nobel Sülh Mükafatı qazanmış ilk azərbaycanlı qadın hüquq müdafiəçisi Şirin Ebadidir.  O, 2003-cü ildə Roma Papası İkinci İohan Pavel, keçmiş çex prezidenti Vatslav Havelin də yer aldığı 165 namizəd arasından seçilərək, Nobel Sülh Mükafatına layiq görülüb və bu mükafatı almış ilk müsəlman qadın kimi tarixə düşüb.

Bundan başqa alim Bəxtiyar Siracov işlədiyi elmi agentliklə birgə 2005-ci ildə bu mükafata nail olub.

Şəfiqə Şəfa, Bizim.Media

 

Chosen
11
1
bizim.media

2Sources