EN

İranın bir sıra agentlikləri sıradan çıxıb

İranın xəbər agentliklərinə kiberhücumlar edilib. 

“Cebheinfo.az” xəbər verir ki, bu gün İsrailin İrana qarşı hava zərbələri endirməsi ilə pararlel olaraq İran xəbər agentlikləri haker hücumlarına məruz qalıb. 

Məlumata görə, İranın rəsmi IRNA və ISNA xəbər agentliklərinə kütləvi kiberhücumlar edilib. 

Hazırda xəbər agentliklərinin rəsmi internet saytlarına giriş əlçatmazdır.

Agentliklər “Telegram” kanalları vasitəsilə paylaşım edərək, texniki problemlərin tezliklə həll ediləcəyini açıqlayıb.

Chosen
2
2
cebheinfo.az

3Sources