EN

AZAL-ın bir neçə reysi geri qayıdıb

AZAL-ın bir neçə reysi geri qayıdıb

Azərbaycan Hava Yollarının (AZAL) J2-011 nömrəli Bakı-Dubay və J2-1091 nömrəli Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.

AFN.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bakı-Dubay reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna 10:47-də uğurla eniş edib. Ciddə reysinin Bakı hava limanına yaxın zamanda enişi gözlənilir.

Şirkətdən bildirilib ki, J2-021 nömrəli Bakı-Təl-Əviv reysi də İsrail hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.

Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına 12:24-də uğurla eniş edib.

"AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə məlumat əldə etmək üçün sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər" - deyə şirkətin açıqlamasında bildirilib.

Chosen
12
46
afn.az

10Sources