EN

Memorial Kompleks həm də gələcək nəsillərə ünvanlanan tarixi mesajdır - Kamaləddin Qafarov

Bakı. Trend:

Fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı MemorialKompleksinin açılışı təkcə ölkənin ictimai-siyasi həyatında başvermiş mühüm hadisə olaraq deyil, həm də mənəvi ədalətin təntənəsikimi tariximizin yaddaşına həkk olundu.

Bu sözləri Trend-əaçıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O bildirib ki, Prezident İlham Əliyev, Birinci xanım MehribanƏliyeva və ailə üzvlərinin bu mərasimdə iştirakı dövlətin Xocalıhəqiqətlərinə verdiyi ali siyasi qiymətin daha bir açıq ifadəsioldu: “Xocalı torpağında ucaldılan Xocalı Soyqırımı MemorialKompleksi yalnız keçmişin xatirəsi deyil, həm də gələcək nəsillərəünvanlanan tarixi mesajdır. Dövlət başçısının çıxışında vurğulananəsas məqamlardan biri Xocalı faciəsinin mahiyyəti ilə bağlı idi. Bufaciə təsadüfi müharibə epizodu yox, planlı şəkildə həyatakeçirilmiş, azərbaycanlılara qarşı yönəlmiş kütləvi qırğın aktıdır.Xocalıda baş verənlər insanlığa qarşı törədilmiş ağır cinayətdir vəbu cinayətin məsuliyyəti birbaşa Ermənistan dövlətinin üzərinədüşür. Qadınların, uşaqların, qocaların amansızcasına qətləyetirilməsi Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub və buyaddaş heç vaxt susmayacaq”.

Millət vəkilinin fikrincə, Prezident İlham Əliyevin ədalətuğrunda aparılan uzunmüddətli mübarizə ilə bağlı səsləndirdiyifikirlər xüsusi önəm kəsb edir: “Dövlət başçısı xatırlatdı ki,illər boyu Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün həm dövlətqurumları, həm də ictimai institutlar ardıcıl fəaliyyət göstərib.Bu kontekstdə Heydər Əliyev Fondunun təşəbbüsləri xüsusi əhəmiyyətdaşıyır. Fondun başladığı “Xocalıya ədalət!” xətti beynəlxalqmiqyasda informasiya blokadasını yarmağa imkan verdi. LeylaƏliyevanın rəhbərliyi ilə aparılan kampaniya nəticəsində Xocalıfaciəsi bir sıra ölkələrdə soyqırımı kimi tanındı. Bu, təkcədiplomatik uğur deyil, həm də tarixi ədalətin bərpasına doğruatılmış mühüm addım idi. Növbəti tarixi mərhələdə isə bütün dünyabizimlə birlikdə artıq ədalətin təkcə tələb olunmadığının, həm dəreal şəkildə təmin edildiyinin şahidi oldu. Xocalının işğaldan azadolunması, hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi göstərdiki, Azərbaycan dövləti öz haqqını özü qorumağa qadirdir. AzərbaycanSilahlı Qüvvələrinin peşəkarlığı, xalqın bir yumruq kimi birləşməsinəticəsində ədalət söz yox, əməl səviyyəsində təsdiq olundu.Cinayətkarların məhkəmə qarşısına çıxarılması Xocalı qurbanlarınınruhu qarşısında tarixi borcun yerinə yetirilməsi idi. Bu MemorialKompleksin məhz Xocalıda açılması da dərin rəmzi məna daşıyır.Çünki illərlə öz doğma yurdlarına qayıtmaq ümidi ilə yaşayan Xocalısakinləri bu gün həm ədalətin, həm də dövlət qayğısının canlışahidlərinə çevriliblər. Dövlət başçısının çıxışında səsləndirilənfikir bir daha təsdiqlədi ki, Azərbaycan xalqı öz tarixini unutmur,düşmənin törətdiyi vəhşilikləri bağışlamır, lakin qisası da hüquqvə ədalət çərçivəsində alır. Bu gün Xocalıda ucaldılan MemorialKompleks Azərbaycan xalqının əyilməz ruhunun, milli ləyaqətinin vədövlət iradəsinin simvoludur”.

Məqalədə:
Chosen
25
11
az.trend.az

10Sources