EN

Avtomobildən oğurluq edən şəxs saxlanıldı

Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.

Merbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, rayon sakininə məxsus VAZ-2106 avtomobilindən 2 800 manat nağd pul və maqnitofon oğurlanıb.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı O.Soltanov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
4
2
metbuat.az

8Sources