EN

İsral İran ordusunun baş komandanı Amir Hataminin öldürüdüyünü bildirir

İsral İran ordusunun baş komandanı Amir Hataminin öldürüdüyünü bildirir

İsrail mətbuatında İran Silahlı Qüvvələrinin baş komandanı Amir Hataminin öldürüldüyünə dair məlumatlar yayılmağa başlayıb.

AFN.az xəbər verir ki, hazırda bu iddialar dünya mediasının diqqət mərkəzində olsa da, rəsmi Tehran hələlik susqunluğunu qoruyur. Ölüm xəbəri ilə bağlı İran tərəfindən hər hansı bir rəsmi təsdiq və ya təkzib bəyanatı verilməyib.

İsrail mənbələri hadisənin fevralın 28-nə keçən gecə Tehrana endirilən raket zərbələri zamanı baş verdiyini iddia edirlər. Qeyd edək ki, Amir Hatami 2025-ci ilin iyunundan İran ordusunun baş komandanı postunu tutur.

Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı başlatdığı genişmiqyaslı əməliyyatlar çərçivəsində bir çox yüksək rütbəli hərbçinin hədəf alındığı bildirilir. Mövzu ilə bağlı rəsmi açıqlama gözlənilir.

Chosen
30
afn.az

1Sources