EN

KİV: ABŞ və İsrail İrana qarşı kütləvi kiberhücuma BAŞLADI

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ və İsrailin İrana zərbələri çərçivəsində bu ölkəyə qarşı kütləvi kiberhücum da həyata keçirir.

Oxu.Az xəbər verir ki, bu barədə "Politico" Yaxın Şərq təhlükəsizlik sektorundakı mənbəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, zərbələr İranın ali liderinin adətən yaşadığı binalar kompleksini, yüksəkrütbəli İran hərbçilərinin yerləşdiyi obyekti, digər hərbi və strateji obyektləri hədəfə alıb.

Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. "Aslanın nərəsi" adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
87
50
oxu.az

10Sources