EN

Netanyahudan xalqa son dəqiqə MÜRACİƏTİ: “Yaxın günlərdə hamınızdan… “ KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu ölkə vətəndaşlarına videomüraciət edərək İsrail və İran arasında başlanmış hərbi əməliyyat fonunda yaxın günlərdə əhalini səbirli və dözümlü olmağa çağırıb.

KONKRET.az xəbər verir ki, Baş nazir bildirib ki, ABŞ və İsrailin İrana qarşı endirdiyi zərbələr bir neçə gün davam edə bilər.

Onun sözlərinə görə, əməliyyatın əsas məqsədi Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

Netanyahu vətəndaşlara arxa cəbhə komandanlığının göstərişlərinə ciddi əməl etməyi məsləhət görüb:

“Yaxın günlərdə hamımızdan dözümlülük və möhkəmlik tələb olunacaq. Birlikdə dayanacaq, birlikdə mübarizə aparacaq və İsrailin gələcəyini birlikdə təmin edəcəyik”, – deyə o vurğulayıb.

İsrail hökumətinin başçısı həmçinin Donald Trampa təşəkkür edərək onun “tarixi liderlik” nümayiş etdirdiyini vurğulayıb. ABŞ prezidentinin dəstəyini yüksək qiymətləndirib.

Netanyahu çıxışında İran hakimiyyətini sərt tənqid edərək bildirib ki, rəsmi Tehran uzun illərdir İsrail və ABŞ əleyhinə çağırışlar səsləndirir və belə bir rejimin nüvə silahına sahib olmasına yol vermək olmaz.

Baş nazir müraciətinin sonunda İranda yaşayan müxtəlif xalqlara, farslara, kürdlərə, azərbaycanlılara, bəluclara və digər etnik qruplara səslənərək ölkəni “azadlıq və sülhə aparmağa” çağırıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
1
konkret.az

2Sources