EN

Ulduz futbolçu sıradan çıxdı

ain.az, Footbal-plus saytına istinadən bildirir.

“Əl-Hilal”ın yeni transferi Kərim Benzema zədələnib."Football-plus.az" xəbər verir ki, klubun mətbuat xidmətinin məlumatına görə, 38 yaşlı futbolçu məşqdə xəsarət alıb. Onun təxminən 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Fransalı forvard Səudiyyə Ərəbistanı Pro Liqasının “Əl-Şəbab” və “Əl-Nəcm”lə matçlarını buraxacaq. O, həmçinin Asiya Çempionlar Liqasının 1/8 finalının “Əl-Sədd”lə ilk oyununda iştirak edə bilməyəcək.Benzema “Əl Hilal”a bu ay “Əl İttihad”dan keçib. O, yeni klubunda 3 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
icma.az

2Sources