EN

KİV: İran NATO nun Küveytdəki bazasını vurdu 20 italiyalı hərbçi yaralandı

Baku.ws saytına istinadən ain.az xəbər verir.

İranın atdığı raketlərdən biri Küveytdəki NATO bazasına düşərək, ciddi ziyan vurub.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı təxminən 20 italiyalı hərbçi yaralanıb.

Xatırladaq ki, İsrail müdafiə naziri İsrael Kats əvvəlcə İsrail Müdafiə Qüvvələrinin İrana qarşı qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. "Aslanın nərəsi" adlandırılan əməliyyat hər iki ölkə tərəfindən gizli saxlanılıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini açıqlayıb.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səsləndirilib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
19
3
baku.ws

5Sources