Qahirə, 28 fevral, AZƏRTAC
İrana məxsus raketin Suriyanın Əl-Suveyda şəhərində sənaye zonasında yerləşən binanın üstünə düşməsi nəticəsində 4 nəfər ölüb, bir neçə nəfərin yaralandığı bildirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi Əl-Suveyda Media İdarəsinə istinadla məlumat yayıb.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə