EN

İran İsrail və ABŞ-nin İrana hücumunu BMT nizamnaməsinə zidd hesab edir

Bakı. Trend:

İran İsrail və ABŞ-nin İrana hərbi hava hücumlarını BMTnizamnaməsi və beynəlxalq normalara zidd hesab edir.

Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçibu gün Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt və Bəhreyn xariciişlər nazirləri ilə telefon söhbətlərində deyib.

Telefon söhbətində iranlı nazir hazırkı vəziyyət haqda qarşıtərəfləri məlumatlandırıb və İranın özünü müdafiə etmək üçün bütünimkanlardan istifadə edəcəyini diqqətə çatdırıb.

Əraqçi qeyd edib ki, İran regionun bütün ölkələri ilə yaxşıqonşluq və dostluq siyasətini davam etdirmək iradəsinə sahibdir.Bütün region ölkələrindən ABŞ-nin onların ərazilərindən vəimkanlarından İrana qarşı hücumlarda istifadə edilməsinin qarşısınıalmaq üçün addımlar atıla bilər. İran özünümüdafiə əməliyyatlarıilə ABŞ-nin bazalarını qanuni hədəf kimi hesab edir.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

Məqalədə:
Chosen
17
32
az.trend.az

10Sources