EN

Rumıniya yarımkeçiricilər texnologiyasına investisiya edir

Buxarest, 28 fevral, AZƏRTAC

Yarımkeçiricilər müasir elektron sənayenin əsas elementlərindən biri hesab olunur. Mikroprosessorlar, çiplər, avtomobil elektronikası, rabitə sistemləri və süni intellekt həlləri bu texnologiya olmadan mümkün deyil. Son illərdə qlobal səviyyədə yarımkeçiricilərə tələbatın artması ölkələri bu sahəyə böyük investisiyalar yönəltməyə vadar edib.

AZƏRTAC xəbər verir ki, Rumıniya da strateji əhəmiyyət daşıyan yarımkeçiricilər texnologiyası sahəsinə investisiyalarla qlobal texnoloji yarışa qoşulur. Yerli mətbuatın yaydığı məlumata görə, Kluj-Napoka şəhərində bu sahə üzrə innovasiya klasterinin yaradılması planlaşdırılır.

Məlumata əsasən, təşəbbüs yarımkeçirici komponentlərin istehsalını, tədqiqat və inkişaf infrastrukturunun formalaşdırılmasını, eləcə də sənaye və akademik sektor arasında əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Layihə çərçivəsində yüksək texnologiyalı laboratoriyaların qurulması və ixtisaslaşmış mütəxəssislərin hazırlanması da planlaşdırılır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Chosen
7
3
azertag.az

4Sources