EN

Yanvarda Banklararası Kart Mərkəzi vasitəsilə dollarla aparılmış əməliyyatların həcmi məlum oldu

Bakı. Trend:

Cari ilin yanvar ayının sonuna olan məlumata görə, AzərbaycandaBanklararası Kart Mərkəzi (BKM) vasitəsilə ümumilikdə 5,6 milyondollar məbləğində 21,4 min emal edilmiş ödəniş əməliyyatı həyatakeçirilib.

Bu barədə Trend-əAzərbaycanın Mərkəzi Bankından məlumat verilib.

Tənzimləyicinin məlumatına əsasən, 2025-ci ilin eyni dövrü iləmüqayisədə əməliyyatların sayı təxminən 7,2 min və ya 25,2 faiz,əməliyyatların həcmi isə 1,4 milyon dollar və ya 20 faizazalıb.

Belə ki, 2025-ci ilin yanvar ayında Azərbaycanda BKM vasitəsiləümumi məbləği 7 milyon dollar olan 28,6 min ödəniş əməliyyatıhəyata keçirilmişdi.

Qeyd edək ki, BKM bank kartları üzrə ödənişlərin təhlükəsiz vəoperativ emalını təmin edən texnoloji və maliyyə infrastrukturudur,yəni banklar arasında ödənişlərin düzgün ötürülməsini və yekunicrasını həyata keçirir.

Chosen
12
az.trend.az

1Sources