EN

Robert Levandovski karyerasını başa vurmağı düşünür

“Barselona”ın hücumçusu Robert Levandowski mövsümün sonunda futbolçu karyerasını başa vurmağı düşünür.

90deqiqe.Az-ın “The Touchline”yə istinadən məlumatına görə, 37 yaşlı forvard yayda futboldan getməyə daha çox meyllidir.

Polşalı futbolçunun ailəsi Barselonada rahat həyat sürür və başqa ölkədə – məsələn, Səudiyyə Ərəbistanında – yeni mərhələyə başlamaq istəmir.

Əvvəlcə klubun rəhbərliyi Levandovskinin müqaviləsini uzatmaq niyyətində olmadığı bildirilmişdi.

Cari mövsümdə Levandovski bütün turnirlərdə 31 oyunda iştirak edib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.

Chosen
16
90deqiqe.az

1Sources