ABŞ-nin Küveytdəki Əli əl-Salim aviabazası bir neçə ballistik raket hücumuna məruz qalıb, raketlər Küveytin hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən zərərsizləşdirilib.
Far.Az report-a istinadən xəbər verir ki,bu barədə Küveyt Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Saud Əbdüləziz əl-Otaybi açıqlama verib.
"Əli əl-Salim aviabazası bir neçə ballistik raket hücumuna məruz qalıb. Bu gün səhər Küveyt hava hücumundan müdafiə qüvvələri onları uğurla zərərsizləşdirilib, qalıqları bazanın yaxınlığına düşüb", - o qeyd edib.
*** 13:36
Regional gərginliyin artması fonunda qısa müddət əvvəl Bəhreyn, Küveyt və Əbu-Dabidə partlayış səsləri eşidilib.
Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə xəbərdarlıq sirenlərinin işə salındığını elan edib.
Bəhreyn Xəbər Agentliyinin məlumatına görə, ABŞ-nin Beşinci Donanmasının xidmət mərkəzi raket hücumuna məruz qalıb.
Küveyt mülki aviasiya orqanları da Küveyt hava məkanının təyyarələr və sərnişin daşımaları üçün müvəqqəti olaraq bağlandığını elan edib.