EN

İran XİN rəhbəri: Bir-iki komandirimizi itirmiş ola bilərik, amma bütün rəsmilər sağ-salamatdır

Demək olar ki, bütün rəsmilər sağ və salamatdır.

APA-nın xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

Əraqçi İran ordusunun bir və ya iki komandirini itirmiş ola biləcəyini deyib və əlavə edib ki, bu, böyük problem deyil.

“Onlar bizə hücum edərkən sadəcə oturub seyr edə bilmərik. Biz də özünümüdafiə məqsədilə Amerika bazalarına zərbələr endiririk”, - XİN rəhbəri vurğulayıb.

O, ABŞ administrasiyasının niyə danışıqlara başlamaqda israr etdiyini və sonra on qarşı tərəfə hücum etdiyini anlamadığını qeyd edib: “Ola bilsin ki, Birləşmiş Ştatları bu münaqişəyə öz maraqları naminə başqa qüvvələr cəlb edib”.

Chosen
38
5
apa.az

7Sources