EN

Türkiyə İrana qarşı hücumlara dəstək verməyib


Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi ölkənin İrana hücumları dəstəklədiyinə dair iddiaları təkzib edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kommunikasiya İdarəsinin Əks-Dezinformasiya Mərkəzinin açıqlamasında bildirilib.
“Bəzi sosial media platformalarında Türkiyənin İrana qarşı son hücumları dəstəklədiyinə dair iddialar tamamilə əsassızdır və ictimaiyyəti çaşdırmağa yönəlmiş dezinformasiya təşkil edir. Türkiyə Respublikası hava, quru və ya dəniz aktivlərinin, o cümlədən hava məkanının əməliyyat məqsədləri üçün və ya tərəf olmadığı hər hansı bir münaqişə və ya müharibədə tərəflərin xeyrinə istifadəsinə icazə verməyəcək. Bu, ölkəmizin xarici və təhlükəsizlik siyasətinin əsas prinsiplərindən biridir”, - bəyanatda bildirilir.
Chosen
2
1
yeniavaz.com

2Sources