Bakı. Trend:
Antonio Quterreş Yaxın Şərqdə baş verən hərbi eskalasiyanıqınayaraq bunun beynəlxalq sülhə və sabitliyə xələl gətirdiyinibildirib.
Trend xəbər verirki, bu barədə Birləşmiş Millətlər Təşkilatının baş katibininmətbuat xidməti məlumat yayıb.
Bəyanatda deyilir: “Yaxın Şərqdə bu gün baş verən hərbieskalasiyanı pisləyirəm. ABŞ və İsrailin İrana qarşı güc tətbiqetməsi və İranın regionda sonrakı reaksiyası beynəlxalq sülhü vəsabitliyi sarsıdır”.