EN

Rusiyanın xarici işlər naziri ABŞ və İsrailin İrana hücumlarını pisləyir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında ABŞ və İsrailin İrana hücumlarını pisləyib.

“İki sahil” xəbər verir ki, söhbət İran tərəfinin təşəbbüsü ilə baş tutub. Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Sergey Lavrov hadisəni beynəlxalq hüququn prinsip və normalarını pozaraq həyata keçirilən səbəbsiz silahlı hücum kimi qiymətləndirib.

Rusiyanın xarici işlər naziri Moskvanın BMT Təhlükəsizlik Şurası daxilində beynəlxalq hüquqa, qarşılıqlı hörmətə və maraqlar balansına əsaslanan sülh yolu ilə həll yollarının axtarılmasını asanlaşdırmağa hazır olduğunu bir daha təsdiqləyib.

Chosen
2
2
ikisahil.az

3Sources