EN

FİFA və İFAB-dan yeni qadağa

FİFA və İFAB irqçiliklə mübarizəni gücləndirmək və “Vini­sius qanunu”nu təsdiqləmək barədə razılığa gəlib.

Publika.az xəbər verir ki, AS nəşrinin məlumatına görə, bu qanun futbolçuların rəqibə müraciət edərkən ağzını bağlamasını qadağan edəcək.

Bu qərarın qəbuluna “Benfika”nın vingeri Cianluka Prestianni ilə “Real”ın ulduzu Vinisius Junior arasında Çempionlar Liqasının pley-off mərhələsində baş verən insident səbəb olub.

Fevralın 28-də keçirilən İFAB assambleyasında futbolçulara rəqiblə danışarkən ağzını köynək və ya hər hansı digər əşya, o cümlədən əllə örtmək qadağan edilməsi qərara alınıb. Bu təşəbbüsün ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatına qədər təsdiqlənəcəyi gözlənilir.

Chosen
11
2
publika.az

3Sources