EN

Liverpul Vest Hem Yunayted oyununda yeddi qol vuruldu

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində "Liverpul" və "Vest Hem Yunayted" komandaları arasında keçirilən qarşılaşma başa çatıb.

Yeddi qolun vurulduğu oyunda mersisaydlılar 5:2 hesablı qələbə qazanıblar.

Görüş Liverpul şəhərində yerləşən "Enfild" stadionunda baş tutub. Matçın baş hakimi Qərbi Sasseks bölgəsindən olan Tim Robinson olub.

Bu nəticədən sonra "Liverpul" 48 xalla turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. "Vest Hem Yunayted" isə 25 xalla 18-ci sıradadır.

Növbəti turda mersisaydlılar martın 3-də səfərdə "Vulverhempton"la qarşılaşacaqlar. "Çəkicdöyənlər" isə martın 4-də səfərdə "Fulhem"in qonağı olacaqlar.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
23
2
cebheinfo.az

3Sources