EN

Gürcüstan XİN-i regiondakı vəziyyəti dərin narahatlıqla izlədiyini açıqlayıb

Tbilisi, 28 fevral, AZƏRTAC

Gürcüstanın Xarici İşlər Nazirliyi regiondakı vəziyyətlə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, nazirliyin "X" sosial media hesabında yerləşdirilən bəyanatda bildirilib ki, Gürcüstanın XİN-i Yaxın Şərqdəki vəziyyəti dərin narahatlıqla izləyir.

Nazirlik qeyd edib ki, rəsmi Tbilisi regionda gərginliyin azaldılması və sabitliyin təmin edilməsi üçün diplomatik səylərin vacibliyini vurğulayır.

Nazirlik, eyni zamanda Gürcüstan vətəndaşlarını rəsmi tövsiyələrə əməl etməyə və təhlükəsizliklərini təmin etmək üçün lazımi tədbirlər görməyə çağırır.

"Regiondakı səfirliklərimiz tam şəkildə fəaliyyətini davam etdirir və lazım gələrsə, Gürcüstan vətəndaşlarına kömək etməyə hazırdırlar", - deyə bəyanatda diqqətə çatdırılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
18
1
azertag.az

2Sources