ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
“ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyat barədə Fransaya əvvəlcədən məlumat verilməyib və Paris bu prosesdə iştirak etməyib”.
Gununsesi.info xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
O, bu fikri Müdafiə Şurasının İran ətrafındakı vəziyyətə həsr olunmuş iclasında səsləndirib.
Makron qeyd edib ki, region ölkələri və Fransanın tərəfdaşları da əməliyyatda yer almayıblar. Onun sözlərinə görə, İranın hədəf aldığı bəzi ölkələrin nümayəndələri ilə telefon danışığı aparılıb, lakin hansı ölkələr olduğu açıqlanmayıb.
Fransa Prezidenti vurğulayıb ki, İranın nüvə proqramı, raket fəaliyyəti və bölgədə gərginlik məsələləri zərbə yolu ilə deyil, danışıqlar yolu ilə həll edilməlidir.
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.