EN

Mahir bu dəfə 45 dəqiqə oynadı, amma işə yaramadı

Mahir Emrelinin şərəfini qoruduğu "Kayzerslautern" bu gün 2-ci bundesliqada növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, "qırmızı iblislər" 24-cü turda "Paderborn"u qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Mahir meydana 46-cı dəqiqədə çıxıb və sona qədər top qovub. O, nə qol, nə də məhsuldar ötürmə müəllifi ola bilib.

"Kayzerslautern" 37 xalla 6-cı sıradadı.

KƏNAN BAHADIR

Chosen
20
1
football-plus.az

2Sources