Albaniyanın paytaxtı Tiranada keçirilən reytinq turnirində 63 kq çəki dərəcəsində Yunan-roma güləşçimiz Ziya Babaşov finalda həmyerlisi Sakit Quliyevlə qarşılaşıb.
Babaşov ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək reytinq turnirində çempion olub. Sakit Quliyev isə gümüş medal qazanıb.
67 kq çəki dərəcəsində güləşən Məhəmməd Şükürzadə isə bürünc medal görüşündə gürcüstanlı Avropa mükafatçısı Coni Xetsurianiyə 1:2 hesabıyla məğlub olub.