EN

Roys 2027-ci ilə qədər MLS-də çıxış edəcək

Alman yarımmüdafiəçi Marko Roys MLS klubu "Los-Anceles Qalaksi" ilə yeni müqavilə imzalayıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yeni müqavilənin müddəti 2027-ci ilin dekabrına qədər nəzərdə tutulub.

Roys 2024-cü ilin yayından bu komandada çıxış edir və bu vaxta qədər Kaliforniya klubunun 42 oyununda iştirak edərək 9 qol vurub və 13 məhsuldar ötürmə edib. Həmçinin, Roys "Los-Anceles Qalaksi" ilə MLS Kubokunu da qazanıb.

Roys əvvəllər 2012-ci ildən 2024-cü ilə qədər Dortmund "Borussiya"sında oynayıb. Dortmund klubu ilə Roys iki dəfə Almaniya Kubokunu və üç dəfə Almaniya Super Kubokunu qazansa da, heç vaxt ölkə çempionluğunu qazana bilməyib.

Chosen
13
10
90deqiqe.az

10Sources