EN

Hücumlarda İranın Müdafiə Şurasının katibi və SEPAH baş komandanın ölüb

Bakı. Trend:

İsrail və ABŞ-nin İrana hava hücumları fonunda İranın MüdafiəŞurasının katibi kontr-admiral Əli Şəmxani və İslam İnqilabıKeşikçilər Korpusunun (SEPAH) komandanı Məhəmməd Pakpur ölüb.

Bu barədə Trendİran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, sözügedən rəsmi şəxslər ötən günkü hücumdaölüb.

Qeyd edək ki, İsrail və ABŞ-nin ötən gün həyata keçirilən hərbihava hücumlarında İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei vəonun ailə üzvləri ölüb.

Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasındakeçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başaçatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraqAvropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarəyerləşdirib.

Qeyd edək ki, fevralın 26-da Cenevrədə İran və ABŞ arasındaİranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundukeçirilib. ABŞ Prezidenti Donald Tramp administrasiyasında baştutan görüş vəziyyətin diplomatik yolla tənzimlənməsi üçün son şanskimi qiymətləndirilirdi. Danışıqlarda konkret razılaşmalar əldəolunmayıb. Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan, nüvəobyektlərini demontaj etməkdən və nüvə proqramının inkişafınamüddətsiz məhdudiyyətlər tətbiq etməkdən imtina edib. Fevralın28-də səhər saatlarında İsrail və ABŞ İrana hərbi hava hücumlarınabaşlayıb.

Məqalədə:
Chosen
29
2
az.trend.az

10Sources