EN

Mütəxəssis ən zərərli səhər vərdişini açıqladı

Hormonal sağlamlıq üzrə mütəxəssis Mayk Kotsis endokrin sistemə təsir edən enerjinin əsas düşmənlərini açıqlayıb.

E-saglam.az xəbər verir ki, mütəxəssisə görə, onlar səhərdən etibarən rifahınızı pozur və xroniki yorğunluğa səbəb olur. 

Ən təhlükəli vərdiş dəfələrlə “mürgüləmə” düyməsini basmaqdır. Mütəxəssis deyir ki, zəngli saatdan sonra hər yeni qısa yuxu dövrü beyində adrenalin və kortizolun sürətli artıb-azalmasına səbəb olur. Bu proses hormonal tarazlığı pozur, insan özünü ləng və əsəbi hiss edir.

İkinci zərərli vərdiş oyandıqdan dərhal sonra telefona baxmaqdır. Xəbər və mesaj axını bədənin stress reaksiyasını tətikləyir. Acqarına qəhvə içmək və səhər yeməyini buraxmaq da zərərlidir, çünki bunlar qan şəkərinin və kortizolun kəskin qalxmasına səbəb olur.

Kotsis bildirir ki, bu halda nahardan əvvəl titrəmə, əsəbilik, həddindən artıq aclıq və beyin dumanı yarana bilər.

Bunların qarşısını almaq üçün o, səhərə yüngül fiziki aktivlik və bir stəkan su ilə başlamanı, daha sonra isə protein, yağ və liflə zəngin balanslı səhər yeməyi qəbul etməyi tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
22
e-saglam.az

1Sources