EN

SEPAH altıncı hücum dalğasında ABŞ və İsrailin 30-a qədər hədəfinə hücum edib

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) altıncı hücum dalğası ilə ABŞ və İsrailin bölgədəki onlarla hədəfinə hücum edib.

"Far.Az"un məlumatına görə, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında bildirilib.

Məlumata görə, hücum zamanı raketlər və dronlardan istifadə edilib.

"Hücuma məruz qalan hədəflər arasında ABŞ-nin bölgədəki 27 bazası, eləcə də İsrail Ordusunun ümumi komandanlığının qərargahı olan Tel Nof bazası və Tel-Əvivdəki böyük müdafiə sənayesi kompleksi var idi", - açıqlamada deyilir.

SEPAH daha əvvəl şənbə günü İranın Ali dini lideri Ayətullah Əli Xameneinin öldürülməsinə cavab olaraq indiyə qədərki ən güclü hücum əməliyyatı elan edib. Onun ölümü bazar günü səhər dövlət mətbuatı tərəfindən təsdiqlənib.

Chosen
14
2
far.az

4Sources