
İranın hava hücumundan müdafiə qüvvələri ölkənin cənubunda ABŞ-a məxsus Reaper tipli zərbə-kəşfiyyat pilotsuz uçuş aparatını vurub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (KSIK) mətbuat xidməti məlumat yayıb.
IRIB dövlət telekanalının yaydığı bəyanatda bildirilir ki, “İranın inteqrasiya olunmuş hava hücumundan müdafiə şəbəkəsi vasitəsilə idarə olunan müasir HHM sistemləri ilə KSIK qüvvələri ABŞ ordusuna məxsus MQ-9 pilotsuz aparatını məhv edib”.
Məryəm Quliyeva