EN

Sabahın hava PROQNOZU

Bakı. Trend:

Martın 2-də gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən xəbərverilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq.Atmosfer təzyiqi 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubətgecə 70-80%, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabiryağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Şərqküləyi əsəcək.

Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-11° isti, dağlardagecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüz0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağıehtimalı var.

Chosen
26
41
az.trend.az

10Sources