EN

“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR

28 fevral 2026-cı il tarixində Buta Palace-da 2025-ci ilin nəticələrinə həsr olunmuş “Azerbaijan Business Award” Milli mükafatının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə dövlət qurumlarının və aparıcı şirkətlərin nümayəndələri, top-menecerlər, müxtəlif sahələri təmsil edən iş adamları, xarici qonaqlar və KİV nümayəndələri daxil olmaqla ümumilikdə 300 nəfər iştirak edib.

Mükafat laureatları təhsil, sığorta, tikinti, əczaçılıq, quşçuluq və digər sahələri təmsil edir.

“Azerbaijan Business Award” mükafatının partnyoru Faberlic, tədbirin dostları isə Molding Baku, Premier Məişət Texnikası, Miri 1996, Almond Cake & Bakery, Aymar Company, RV BEST, Via Ad Lucem, Agro Azerinvest, Khatt Shoes və Bizon şirkətləri idi.

“Buta Palace”da təşkil edilən tədbirdən əvvəl “Azerbaijan Business Award” mükafatına laureat şirkətlərin mal və xidmətlərinin təqdimat mərasimi təşkil edildi.

Bu axşam qonaqlar və mükafatçılar müğənni Samirə Rəcəblinin canlı ifasından böyük zövq aldılar. 

Tədbirin informasiya tərəfdaşları arasında Businesstime.media, Yenisabah.az, Marja.az və Fins.az var.

“Azerbaijan Business Award” 2025 mükafatının laureatları

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün - İqtisadi və ticari əlaqələrin inkişafına verdiyi töhfəyə görə

Asan İnnovativ Mərkəzi - Dövlət özəl tərəfdaşlığında lider qurum

Hatemoglu Group -İlin şirkəti. Tikinti, təmir və layihələndirmə

Hacıqabul Quşçuluq - İlin quşçuluq şirkəti

ElbaChem - Perspektivli sənaye layihəsi

Baku İnternational School - Təhsil sahəsində əldə edilən yüksək nəticələrə görə

Azərbaycan Sənaye Sığorta Şirkəti - Müştəri məmnuniyyəti

Scandens Pharmaceutical Industries LTD - Azərbaycan əczaçılıq sənayesinin inkişafına verdiyi töhfəyə görə

FAB Boya və Kimya Sənayesi - İlin keyfiyyətli boya istehsalçısı

Rəmzioğlu Paxlava - Azərbaycan paxlavasını dünyaya tanıdan ilin brendi

Eel Electric - Elektrik avadanlığı istehsalı sahəsində əldə edilən yüksək nəticələrə görə

UHY Azerbaijan - İlin audit və konsaltinq şirkəti

Aqua Vita - Xalq markası

Highginland - Alkoqollu içkilərin istehsalı sahəsində ilin brendi

İydə Parfum - İlin parfümeriya brendi

TV1 Media - Dinamik inkişaf

Radio TMB 100.5 FM - İlin radiosu

Sharaf Media - İlin kreativ agentliyi

VS Energy Service - Elektrik təchizatı işləri, elektrik qurğuların istehsalı və quraşdırılması sahəsində əldə etdiyi yüksək nəticələrə görə

 

Azerbaijan Business Award-2025
Chosen
64
2
marja.az

3Sources