EN

Yaxın Şərqdə GƏRGİNLİK: İran xalqı nə istəyir? - VİDEO

İranda baş verən son proseslər fonunda cəmiyyətin mövqeyi və mümkün risklər müzakirə olunub.
 
Baku TV-nin "Aktual Gündəm" verilişində çıxış edən jurnalist Turan İbrahimov bildirib ki, hazırda İran cəmiyyətində əhvalİ-ruhiyyə diqqətlə izlənilir və proseslərin gələcək istiqaməti məhz ictimai reaksiyadan asılı olacaq.
 
Onun sözlərinə görə, İranı Suriya və ya Liviya ilə müqayisə etmək doğru deyil:
 
"Suriyada və Liviyada tayfaçılıq, məzhəbçilik və feodal təfəkkür ön planda idi. Rəhbər dəyişəndən sonra etnik və məzhəb zəmində qarşıdurmalar yarandı. İranda isə ümumi cəmiyyətdə bu risk geniş miqyasda mövcud deyil".
 
T.İbrahimov qeyd edib ki, İranda əhalinin böyük hissəsi eyni məzhəbə mənsubdur və ölkənin ərazi bütövlüyü ilə bağlı ortaq mövqe mövcuddur. O əlavə edib ki, ölkədə yaşayan türklər də İranı öz dövlətləri kimi qəbul edir və talelərini bu dövlət daxilində görürlər. Jurnalist yalnız bəlucların yaşadığı bölgələrdə müəyyən risklərin mümkünlüyünü istisna etməyib. O, həmçinin kütləvi aksiyalara diqqət çəkib:
 
"İnqilab meydanında bir milyondan artıq insan toplaşırsa, bu, ciddi siqnaldır. Əgər insanlar küçəyə çıxaraq mövcud proseslərlə bağlı mövqelərini bildirirlərsə, bu, artıq hakimiyyət üçün mesajdır".
 
T.İbrahimovun fikrincə, əgər bir milyon insan küçəyə çıxırsa, bu, daha geniş ictimai iradənin göstəricisi kimi qiymətləndirilə bilər.
 
O, sonda qeyd edib ki, ABŞ və İsrail regiondakı proseslər fonunda İran cəmiyyəti ilə dialoq yollarını nəzərə almalıdırlar.
Chosen
27
2
moderator.az

10Sources