EN

Yeni əlifbaya keçid: 100 il əvvəl nələr olmuşdu | TARİXİ ARAŞDIRMA

Amma məncə dünyanın ən böyük ulusu - Türklər nəhayət ki, silkinməli, qətiyyətlə vətərəddüdsüz bütün maneələri aşmalı, dünyanın ən qədim ulusu olduqlarını, dili, mədəniyyəti, milli - mənəvi dəyərləri,yüksək humanizmi ilə ən ali bəşər övladı olduqlarını hayqırmalıdırlar.
Bəli!
Dünya nəhayət ki, bunu qəbul etməlidir! Ulu Türkün simasını Azərbaycanın böyük oğlu Nəsiminin dilindən anlamalıdır dünya: “Bu sifətdə kim görübdür bəşəri cahan içində..."

Amma indi yüz il əvvəlki hadisəyə qayıdıram. O hadisəyə ki, yüz il sonra geriyə boylandığımızda dilimizinbu müddət ərzində əfsanəvi bir təkamül dövründən keçərək, necə püxtələşdiyinin, zənginləşdiyinin və dünyanın ən gözəl, ən musiqili və səlis bir dilinə çevirildiyinin şahidi olacaqsınız. Ən əsası isə özümüzə məxsus olan şirin ləhcəli dilimizə necə sahib çıxa bildiyimizdən qürur hissi duyacaqsınız. Bunu anlamaq o qədər də çətin olmayacaq - o zamankıqəzetlərimizin və sənədlərin dilinə nəzər salarkən...

1926-cı ilin fevral ayı. Bütün türk dünyası Azərbaycana pənah gətirmişdi. O Azərbaycana ki, ziyasıyla bütün Şərqi nurlandırmaqda davam edəcəkdi. Axı bütün Şərqdə, təbii olaraq həm də türk dünyasında müstəqil dövlətçilıiyin təməlini qoymuşdu Azərbaycan! Baxmayaraq ki, əsrlərin müxənnət zülmündə daim əzilmiş, var-yoxdan çıxmış, zəifləmiş, gücdən düşmüşdü. Bununla belə tarixi şəraiti dəyərləndirməyi bacarmış, dövlət qura bilmişdi. Ömrü qısa olsa da bu dövlətin dəyəri, əhəmiyyəti qiymətsiz idi.

Ozamankı dünyanın din və dil mənsubiyyətindən asılı olmayaraq, bir çox millətlər üçün avanqard oldu Azərbaycan. Onun məşəlinin işığına tutunaraq, dövlət quranlar təkcə türklər olmadı... Bu səbəbdən də dünyanın gözü yenə də Azərbaycanda idi. Dünya misli görünməmiş bir hadisəyə şahidlik edirdi - böyük bir ulusun əlifba mücadiləsinə! Amma məncə bu təkcə bir əlifba mücadiləsi deyildi. Həm də milli şüurun bir oyanış məsələsi idi. Təbii ki, bütün türk qövmlərinin vahid bir əlifbanı qəbul etmələri elə həm də onların gələcək birliyinə aparan yolun təməli, məhəgdaşı olacaqdı.
Qəbul etsək ki, o dövrdə bütün Şərqdə ərəb qrafikalı əlifba yayğın idi və bu nöqteyi-nəzərdən həm hərflərin yazılışı və həm də yazı üslubuna görə tamamilə fərqli, yeni əlifbaya keçidin o qədər də asan baş verməyəcəyi şübhəsiz idi. Yeni əlifbanı qəbul etmək istəməyənlər də vardı və fikirlərində israrlı idilər. Lakin Azərbaycan ziyalılarının yanaşması daha məntiqli görünürdü: ”Əlifba ayrılığı lisan ayrılığını icab etdirməz. Bu bir şəkil məsələsidir” - deyə.
Amma dünya yeni bir sənaye inqilabı yaşayırdı və ona doğru getmək, onunla uzlaşmaq zəruri idi. Bu mənada Azərbaycan yenə də bir addım öndə idi - latın əlifbasını qəbul etdiyi və onun cəhalətdən çıxış yoluna bir işıq tutacağını dərk elədiyinə görə.
Azərbaycan bunu ev sahibliyi edəcəyi həmin mötəşəm elmi kürsüdən öz öndərliyində bəyan edəcəkdi. O, müstəqil bir dövlət kimi qoşulmuşdu “SSRİ” adlı müttəfiqlər birliyinə. SSRİ hökuməti Azərbaycanın türk dünyasındakı çəkisini də bilirdi. Türk qövmlərinin Azərbaycana baxışı da fərqli və özəl idi - çünki bura bir ağsaqqal, bir qardaş qapısıydı. Eyni zamanda Azərbaycan onlar üçün həm də sirli bir pənah yeri idi...

Yeri gəlmişkən, bir haşiyə çıxmağı özümə borc bildim. Nəzərinizə çatdırım ki, həmin dövrdə Azərbaycan mətbuatı əsasən ərəb qrafikalı əlifba ilə və Türkiyə türkcəsində dərc edildiyindən yazılar tərəfimdən transkripsiya və transliterasiya edilmiş, bəzi sözlərin başa düşülməsi üçün Azərbaycan dilindəki qarşılığı mötərizə içərisində verilmiş, oxucu üçün daha aydın olsun deyə, bəzi sözlərdəki hərflər də dəyişdirilərək, (məsələn, “q” deyil “k” və s.) Azərbaycan dilindəki kimi yazılmışdir.
Beləliklə, o möhtəşəm və böyük tarixi hadisəyə zaman şahidlərinin gözləri ilə nəzər salaq.
Şəxsən mənə görə qurultayda baş verənləri ən dəyərli şəkildə səhifələrinə köçürən “Kommunist” qəzeti idi. Qəzet Birinci Türkoloji Qurultayın gedişatını bütün əzəməti ilə tarixə salmış və hadisələri elə gözəl canlandırmışdı ki, oxuduqcainsan özünü Qurultay salonunun kürsüsündə, qızğın müzakirələrin içərisində hiss edir. O möhtəşəm tarixi hadisəyə səhifələrində yer verib, bu günə daşıdığı üçün bu qəzetə hər birimizin bir təşəkkür borcumuzun olduğunu düşünürəm.
Əziz öxucum, buyurun, Sizi Qurultaya hazırlıq dövründən başlayaraq, son iclas günündə baş verənlərədək uzun bir yolçuluq gözləyir. Səbriniz çatarsa və arzu edərsəniz, Birinci Türkoloji Qurultayın tarixini könül yaddaşınıza da köçürün və xəbərsiz olanları “Azərbaycan türklərinin dilindən o əzəmətli kürsüdən səslənən əsil həqiqətlərdən” xəbərdar edin...
Məsələn, Ağamalı oğlu Səməd Həsən oğlu kimi. O, Az.MİK və Zaq.MİK-in sədriidi. Qurultaya Bakıdan qatılmış Azərbaycan türküydü. Ağamalı oğlu Qurultayı açarkən ilk növbədə Azərbaycan xalqının salamlarını qurultaya yetirir. Növbəti cümlə isə belə səslənir:”Azərbaycanlılar onların taleyinə düşmüş xoşbəxtliyi yüksək qiymətləndirəcəklər - dünyanın ilk elmi Türkoloji Qurultayı məhz onların doğma torpaqlarında açıldığını göstərən xoşbəxtliyi. Lakin bu hələ azdır: türk-tatar xalqları ilk dəfə olaraq görüşmək imkanı qazanacaqları qardaşlıq Qurultaylarında ağrılı mədəni məsələlərinə baxacaq və həll edəcəklər. Türk - tatar xalqlarının tarixində indiyə qədər bir dəfə də olsun həyatın qarşıya çıxartdığı dinc mədəni məsələləri müzakirə etmək üçün bu xalqların nümayəndələrinin qurultayı kimi nəhəng hadisə yer almamışdır. Artıq yatmış Şərq yoxdur...”

Növbəti iqtibas isə Hüseynov Mirzə Davudun nitqindəndir. O, Zaqafqaziya Hökumətinin nümayəndəsi vəQurultaya Tiflisdən qatılmış bir Azərbaycan türkü idi. Hüseynov Mirzə Davud deyirdi: “... Bütün türk xalqları nəhəng Sovet İttifaqının digər xalqları arasında sayına görə ilk yerlərdən birini tutur. Əgər baxsaq aydın olar ki, onlar Altay dağlarından başlayaraq, böyük Volqa, Türküstanın qumlu səhraları, Qafdazın qarlı zirvələrindən tutmuşgözəl Krımla sonlanan çox nəhəng əraziləriləri tuturlar... Yadda saxlayın ki, yoldaşlar, bizim xalqlar, ələlxüsus, türklər mədəniyyət və savadlılıq məsələlərində xüsusilə əziyyət çəkirlər. Mən savadlılıq deyirəm, çünki biz hər şeydən əvvəl bu sahədə axsayırıq. Hətta əgər Azərbaycan və Türkmənistan kimi qabaqcıl türkrespublikalarını götürsək, onlarda savadlılıq yalnız 10-15 %- lə ifadə olunur. Bununla belə, bu istiqamətdə biz əhəmiyyətli dərəcədə irəli getməyi bacarmışıq və bizim cəhdlərimiz göstərir ki, bizim üçün savadlılıq bizə hər şeydən vacibdir. Lakin bilirsiniz, biz bu yoldaböyük əngəllərlə rastlaşırıq.Söhbət bizim əlifbamızdan - ərəb əlifbasından gedir. Hamı bu əlifbanın bizə əngəl olduğunu dərk edir. İndi sizin qarşınızda duran əsas məsələ budur. Siz bu məsələni həll etməlisiniz ki, savadlılıq geniş türkkütlələri üçün əlçatan olsun. Mən düşünürəm ki, Türkoloji Qurultay, hansı ki, qarşısında duran vacib məsələ türklərin tarixi, ədəbiyyatı və filologiyası məsələsidir, onda qarşılarında qoyduqları əsas direktiv vəzifə də bu problemin həlli olmalıdır. Məhz həmin məsələ bizim kütlənin savadlılığının əhəmiyyətli dərəcədə yüngülləşməsinəsəbəb olacaqdır. Düşünürəm ki, türkoloq-alimlərin və Böyük İttifaqın bütün türk xalqlarının təmsilçilərinin iştirak etdiyi bizim Türkoloji Qurultayımız bu məsələyə məhz qərəzsiz, bütün obyektivliyi ilə yanaşacaq və xalqlarımızın maraqlarının tələb etdiyi şəkildə həll edəcəkdir. Bilməlisiniz ki, Azərbaycan türk respublikaları içərisində latın əlifbasını tətbiq edən və bu sahədə təcrübəyə malik olan tək respublikadır. Hər kəsin şahidliyi ilə Azərbaycan bu təcrübəyə parlaq bir şəkildə müvəffəq olmuşdur”...

Qurultaya aparan yol

Beləliklə, yeniəlifbaya keçid məsələsinin tarixinə nəzər salaq. Yeni Türk Əlifbası uğrunda mücadilə Azərbaycan hökumətinin əsas prioriteti olmuşdu.
Azərbaycan hökumətiYeni Türk Əlifbasına keçmək üçün xüsusi Komitə yaradır. Yeni Türk Əlifbası Komitəsi Az.MİK-in sədri Ağamalı oğlunun təşəbbüsü və Nəriman Nərimanovunfəal iştirakı ilə 1922-ci ilin aprel ayında təşkil olunur. Komitəyə yeni əlifbanın fəal tərəfdarları daxil edilmişdi ki, onların da çoxu partiya üzvü deyildilər.
Komitənin təşkilatlandırma ərəfəsindəki başlıca vəzifəsi elə bir əlifba yaratmaq idi ki, Azərbaycan türkcəsində və cənub ləhcəsində o dövrdə mövcud olan bütün canlı təbii səsləri özündə əks etdirə bilsin.
Əlbəttə, belə əlifbanın yaradılmasının əsasında Avropanın əksər mədəni xalqlarının qəbul etdiyi latın qrafikası dayanırdı. Həmin qrafikanın əsasında otuz üç hərfdən ibarət yeni türk əlifbası quruldu və onun on minlərlə nüsxəsi vərəqələr şəklində bütün Azərbaycana yayıldı. Fəhlə-kəndli kütlələri tezliklə türk-tatar fonetikasına uyğun gəlməyən və öyrənilməsi çətin olan ərəb əlifbasının əvəzində, kütləvi şəkildəqəbul edilən yeni əlifbanı olduqca həssaslıqla qrşıladılar. Beləliklə, komitə təşkil edildi, əlifba işlənib-hazırlandı, nəşr edildi və kütlə tərəfindən isti qarşılandı. Sırada isəbu yeni əlifbanı xalqın içərisinə daşımaq məsələsi dayanırdı. Bunun üçün ilk növbədə yeni əlifbanı öyrədən kurslar təşkil etmək, başlanğıcüçün əlifba kitabı nəşr etmək, yerlərdə kursların filiallarını açmaq və s. lazım idi. Bütün bu təcili tədbirlərin həyata keçirilməsi üçün ciddi maddi vəsait tələb olunurdu ki, onu da bu nəhəng işin təşəbbüskarı olan Ağamalı oğlu çox çətinliklə də olsa həll eməyə çalışırdı. Komitə isə ümidsizliyə qapılmadan olduqca cüzi məbləğlə işə girişməyi qərara alır.

Tezliklə yerlərdə savadsızlığın ləğvi üçünyeni türk əlifbasında kurslar açır və ilk vaxtlar üçün təhsil alanlara ən vacib olanı - yeni əlifba kitablarını və Azərbaycanda “Yeni Yol”, Gürcüstanda “İşık Yol” adlı həftəlik qəzetləri paylayır. Sonralar hər iki qəzet birləşdirilərək “Yeni Yol” adı altında dərc olunmağa başlayır. Beləliklə, “Yeni Yol” qəzeti Yeni Əlifba Komitəsinin ideyalarını yaymaq üçün onun orqanı kimi fəaliyyətə başlayır.
Azərbaycanın ardınca Tiflis və İrəvan mərkəz olmaqla, Gürcüstan və Ermənistanın türkləri bu mədəni inqilab üçün ayaqlanır. Nəticədə həmin şəhərlərdəki komitələr də bizim komitəyə tabe etdirilir, maliyələşdirilmə, rəhbərlikedici göstərişlər Azərbaycan tərəfdən həyata keçirilir. Lakin bununla belə onlara öz işlərində kifayət qədər sərbəstlik - muxtariyyət də verilir.
Beləliklə, Komitə öz filiallarının nəinki Azərbaycanın qəzalarında, Gürcüstan və Ermənistanda, habelə, SSRİ-nin Dağıstan, Şimali Qafqaz, Krım və s. kimi bir çox türk-tatar respublikalarında da təşkil edə bilir. Komitənin filiallarının olduğu hər yerdə bir-birinin ardınca yeni əlifba üzrə savadsızlıq kursları təşkil edilir ki, bunun nəticəsində dəyeni əlifbada savad alanların sayı kifayət qədər artmağa başlayır. Bu artım elə sürətlə vüsət alır ki, artıq Komitənin nəşrləri hər yeri əhatə etməyə kifayət eləmir. Buna görə də bir sıra nəşriyyatlar öznəşrlərinin bir hissəsini yeni türk əlifbası ilə dərc etməyə başlayırlar. Bunların arasında “Qızıl əsgər” qəzeti də vardı.

Sonralar Yeni Türk Əlifbasındadərc olunmağa başlayan ilk yerli qəzetimiz “Kommunist”, onun ardınca isə ”Yeni Fikir”, “Yeni Gəncə” qəzetləri və “Molla Nəsrəddin” jurnalı olur.
Kütlələrinşüuruna Yeni Türk Əlifbasınınhəyata keçirilməsinin vacibliyini salan isəSovetlərin 4-cü Azərbaycan Qurultayı olur. O qurultayda ki,1925-1926-cı tədris ilində birinci dərəcəli məktəblərin hamısında tədrisin ərəb əlifbası yerinə yeni əlifbada aparılması haqqında yekdil qərar qəbul edilir. Beləliklə, 7 il ərzində yeni əlifba ərəb əlifbasını bütünlüklə təcrid edəcəkdi.
4-cü qurultayın qərarını tamamilə həyata keçirmək üçün cari ildə Azərbaycanın 4 məntəqəsində Komitənin hesabınayeni türk əlifbasında dərs vermək üçün müəllim kursları təşkil edilir. Həmin tədris ilindən etibarən bütün birinci dərəcəli məktəblərdə birinci qruplardan başlayaraq, tədris yeni türk əlifbası üzrəaparılır, “rab.fak.”- ların (fəhlə fakultələrinin) nəzdində isə cəmi 160 nəfər şagirdi olan və tamamilə yeni əlifbanın tədris edildiyi 4 qrup açılmışdı.

Ermənistanda da göstərilən nümunənin ardınca türk qruplarında tədris ərəb əlifbasının yerinə türk əlifbasında aparılmağa başlanıldı.

Beləliklə, 1922-ci ilin aprelindən 1924-cü ilədək Azərbaycanın bütün məktəblərində, o cümlədən, bütün məntəqələrindəki savadsızlığın ləğvi kurslarında tədris yeni türk əlifbasında aparılırdı. Savadsızlığın ləğvi kurslarından başqa mətbəə işçilərinin hazırlanması üçün “Əli Bayramov” klubunun nəzdində iki makinaçılıq kursu da açılmışdı.
Yeni əlifbaya keçidlə əlaqədar bir sıra dövlət müəssisələrindən o zamankı vəsaitlə 102.314.794 bon, 500.349.155çervon xərclənmişdi. Bundan başqatəsərrüfat, poçt-teleqraf və s. məsələlərə təxminən,560.91 rubl xərclənmişdi.
Yeni Türk Əlifbası KomitəsininGürcüstan, Ermənistan, Dağıstan, Şimali Qafqaz, Krım respublikalarında, o cümlədən, Azərbaycanın 13 qəzasında və paytaxt Bakının 6 rayonunda filialları fəaliyyət göstərirdi.
Amma təəssüf ki, Ermənistan SSR-də yerləşən iki-üç filialda komitənin fəaliyyətini genişləndirmək və inkişaf etdirmək mümkün deyildi. Buna səbəb isə türk ziyalılarınınorada fəaliyyətəhəvəs göstərmək istəyinin olmaması idi. Hətta Azərbaycanda türk ziyalılarından bir qrupuyeni əlifbanın qəbul edilməsinə hər vasitə ilə maneə törədirdi.Buna baxmayaraq, yeni türk əlifbasına keçilməsi işi günü-gündən daha böyük vüsət alırdı. Gündəlik çap olunan “Yeni Yol” qəzeti qısa bir müddətdə kifayət qədər oxucu kütləsi toplamaqla, böyük uğur qazanmışdı. Yeni Türk Əlifbası Komitəsi vaxtaşırı öz fəaliyyəti ilə bağlı hesabatlar verirdi.
Yeni əlifbaya keçidi rəsmiləşdirməyi Azərbaycan hökuməti hələ 1922-ci ilin iyul ayından başladı. İyulun 21-də bütün xalq komissarlıqları, mərkəzi idarələr, müəssisələr və təşkilatlar üçün “Bütün qulluqçuların yeni türk əlifbası ilə tanış edilməsinə dair“Az MİK-in sədri Ağamalı oğlu təmimi sərəncam imzalayır. Sərəncam aşağıdakı məzmunda idi: “Yeni Türk Əlifbası Komitəsinin təklifi üzrə sizə təklif edilir ki, müəssisənizin qulluqçularının yeni türk əlifbası ilə tanış edilməsi üçün tədbir görəsiniz. Müxtəlif idarə və müəssisələrdən, həmçinin, respublika vətəndaşlarından daxil ola biləcək yeni əlifba ilə yazılmış bütün kağızlar (xahişlər, ərizələr, rəsmi məktublar və s.) icraya qəbul edilməlidir. Sərəncamla bağlı yerinə yetirilən məsələlər barədə məni xəbərdar edin” (Az. MİK-in sədri Ağamalı oğlu.)

Sərəncam “Bakinskiy raboçiy” qəzetinin 21 iyul 1922 - cü il tarixli 161 - ci nömrəsində dərc olunmaqla elan edilir. Bundan sonra mərkəzdə, o cümlədən, respublikanın bütün qəzalarında fəaliyyət göstərən idarə, müəssisə və təşkilalarına Yeni Türk Əlifbası dərsliklərinin göndərilməsi üçün yazışmalar başlayır. Bunun ardınca yazı maşınlarının yeni əlifbaya uyğunlaşdırılması, şriftlərin dəyişdirilməsi üçün yaxşı avadanlıqla təchiz olunmuş yazı maşınları emalatxanası araşdırılır.

Bakıdakı “Undervud”şirkətinin sahibi M.Q.Rubanovsk məsələ ilə bağlı yazılı münasibət bildirir və göstərir ki, onun şirkətindəyeni Türk Əlifbasında yazan həm təzə maşınlar mövcuddur, həmçininözünəməxsus olan yazı maşınlarının da şriftlərini dəyişdirə bilər.

10 sentyabr 1922-ci il tarixli arxiv sənədində Komitənin iclasına qoyulmaq üçün Buxara şəhərindən ünvanlandırılmış müraciətdə deyilir: “Komitənin Bakı şəhərindən çıxarkən Buxara Respublikası hökuməti, ictimai xadimlər və s. arasında, həmçinin Buxarada yerləşəndiplomatik nümayəndəlik vasitəsilə Xivədə paylamaq üçün mənə verilən “Yeni Türk Əlifbası” tərəfimdənyayıldı. Buxara Respublikası Xalq TəhsilKomissarlığının və digər əlaqədar şəxslərin, eyni zamanda Xivə Respublikası nümayəndələrinin ərizəsi ilə Komitə tərəfindən təklif olunanan Yeni Türk Əlifbasına keçid məsələsinə baxılmaq üçün Azərbaycan türk xalqlarının qurultayının çağırılması məsələsini öz üzərinə götürməlidir.

1922-ci ilin 14 sentyabr tarixində Az. MİK-in sədri Ağamalı oğlu adına Gürcüstandakı Azərbaycan səfirliyindən bir müraciət daxil olur. Müraciətdəhəm əməkdaşlar arasında yaymaq üçün, həm də Gürcüstanın müxtəlif ictimai müəssisələrinin xahişi ilə 50 nüsxə yeni əlifbanın göndərilməsi istənilir.
Beləliklə, bir-birinin ardıncaidrə və müəssisələrdən yeni əlifba nümunələrinin göndərilməsi rica edilir. Qeyd etmək lazımdır ki,cəmiyyət yeni əlifbaya keçidi normal qəbul edirdi, lakin müəyyən əndişələr də yox deyildi. Əsas narahatlıqlardan birincisi yeni əlifbada dərc olunmuş dərs kitablarının çatışmazlığı ucbatından məktəblərdə təhsilin tənəzzülünə uğrayacağı qorxusu idi. Bəzi müəssisələr isə onlar üçün göndərilən əlifbaya görə ödəniş etməkdən boyun qaçırırdılar.Onu da qeyd edək ki, idarə və müəssisələrə təkcə əlifba kitabı deyil, həm də “Yeni yol” qəzetinin müəyyən sayda nüsxələri də göndərilirdi.
Yeri gəlmişkən, “Yeni yol” qəzeti Azərbaycandayeni türk əlifbası (latın) ilə nəşr olunanan ilkvə tək qəzet idi. Qəzet Yeni Əlifba Komitəsinin orqanı idi və ilk nömrəsi 1922-ci il 21 sentyabrda çıxmışdı. “Yeni Yol” mətbəəsi isə 12 iyul 1925-ci ildə fəaliyyətə başlayır. Fəaliyyətə başladığı müddətdə onun sərəncamında 3 çap maşını olsa da, sonradan Saratov Poliqrafpromdan əlavə olaraq 5 çap maşını da gətizdirilir və beləliklə, qısa müddət ərzində qəzetin tiraşı 3 mindən 5 minə qaldırılır.

26 iyun 1923-cü il tarixdə Az.MİK-in daha bir əmri çıxır. Əmrdə deyilirdi: “ASSR-in bütün xalq komissarlıqları, idarə və müəssisə rəhbərlərinin bir ay ərzində şəxsi məsuliyyətlərində olan möhür və blanklardakı yazıları yeni türk əlifbadasında düzəltmək, həmçinin türk mətninin türk əlifbası üzrə aparılmasına başlanılması tələb olunur”.

Bunun ardınca avqust ayında D.Bünyadzadənin sədrlik etdiyi XII Partiya Qurultayının qərarlarının həyata keçirilməsi üzrə Komissiyanın 1 nömrəli əmri çıxır: “ASSR-nin kəndistanla daha çıx əlaqədə olan bütün idarələrinə tapşırılır ki, qəzalara göndərilən teleqramlar türk dilində yazılsın”.

Az.MİK və XKS-nin 20 oktyabr 1923-cü il tarixli “Yeni türk əlifbasının dövlət tərəfindən tanınması barədə” daha bir Dekreti elan edilir. Az. MİK-in sədri Ağamalı oğlu, XKS-nin sədri Musabəyov və Az.MİK-in katibi M. Xanbudaqovun imzaladıqları Dekretin məzmunu belə idi: “Türk xalqlarının ərəblərdən kötürülmüşəlifbası öz formasına görə türk dilinin qanunauyğunluqlarına uyğun deyil, dilin asan və rahat mənimsənilməsinə böyük çətinliklər yaratmaqla əhalinin savadlanma səviyyəsinin aşağı dərəcədə olmasına səbəbdir. Fəhlə və kəndlilərin cəbhələrdəki qəti qələbəsi birbaşa təhsilin səviyyəsindən asılıdır; rahat mənimsə-nilən və əlçatan olan əlifba bunun üçün ən yaxşı silahdır. Yaxın gələcəkdə savadsızlığın ləğvini fikirləşən Azərbaycanın fəhlə-kəndli hökuməti mövcud əlifbanın yeni latın əlifbasına dəyişdirilməsinin vacibliyini bildirir, təhsil cəbhəsində qəti qələbəyə tam imkan verən yeni latın əlifbasını Azərbaycanın zəhmətkeş təbəqəsinə təqdim edərək, təsdiq etməklə, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarlıqları Şurası qərara alır:
1. Mövcud ərəb əlifbası ilə bərabər, yeni türk əlifbasının dövlət əlifbası olduğu təsdiq edilir və məcburidir.
2. ASSR ərazisində yerləşən bütün idarə, müəssisə və təşkilatlar hər növ ərizə və yazılı sənədlərin köhnə əlifba ilə yanaşı yeni əlifbada qəbul edilməsini özü üçün bir vəzifə hesab etsin, bununla belə cavablar da köhnə əlifba ilə yanaşı yeni əlifbada ifadə olunsun.
3. Bütün milliləşdirilmiş xalq komissarlıqları və mərkəzi idarələrdə yazışmalar köhnə əlifba ilə paralel yeni əlifba ilə aparılsın.
4. Hazırkı Dekret çap olunduğu gündən qüvvəyə minir.

3 dekabr 1923-cü ildə ASSR XKŞ-nin 22 nömrəli əmridərc olunur. Əmrdə deyilirdi: “İnzibati orqanlarda və Ədliyyə orqanlarında kargüzarlıq işlərinin türk dilində aparıldığını nəzərə alaraq, əmr olunur:
1) Qanun üzrə hər növ məcburi bildirişlər Bakıda “Kommunist” qəzetində, yerlərdə isə əlaqədar rəsmi türk orqanlarında yerləşdirilsin.
2) Bildirişlərin yerləşdirilməsinəqeyri-türk mətbuatında da çap edilməsinə icazə verilsin, bir şərtlə ki,həmin bildiriş əvvəlcə yuxarıda göstərilən türk mətbuatında istehsal edilmiş olsun.

Rəsmi qərarların ardınca yerlərdəki YTƏ komitələrinin fəaliyyətlərində də xüsusi canlanma baş verirdi. Ən fəall mövqe tutan Tiflis Komitəsi idi. Komitə Borçalı qəzası və Batumda təşviqat işlərini gücləndirmək, Axaltsıxe, Qarayazı, Naxçıvan, İrəvan və s. şəhərlərdə işin vəziyyətini yoxlamaq, Tiflis qadın kurslarında məşğələləri nizamlamaq, əlavə kurslar açmaq, yeni şurnal nəşr etmək, “Yeni Yol” qəzetinə abunəni genişləndirmək, yeni türk əlifbası ilə bağlı məsələləri aydınlaşdırmaq üçün ali səviyyəlidərnəklər təşkil etmək, uşaq başçalarında yeni əlifbanın öyrənilməsi üçün xüsusi metodlardan istifadə etmək və s. ibarət xüsusi iş planı hazırlamışdı. Həmin Komitə tərəfindən təklif olunan məsələlərdən biri də əlifbanın daha tez mənimsənilməsi üçün şəkilli kitabları dərc olunması idi.

ASSRXKŞ-nin 18 dekabr 1923-cü il tarixli 24 nömrəli əmri isə tələb edir ki: “...Dövlət və kommunal idarə və müəssisələribütün dekretlər, qərarlar, təmimnamələr, sərəncamlar, əmrlər, elanlar, hesabatlar və s. rəsmi türk orqanları olan “Kommunist” və “Bakinckiy raboçiy” qəzetlərində - yerlərdə isə mövcud türk və rus mətbuat orqanlarındaçapedilməklə, ümumundiqqətinə çatdırılsın”.

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Şurası 27 iyun 1924-cü il il tarixində “Yeni türk əlifbası barədə” növbəti qərar qəbul edir.Qərarda deyilirdi: “Yeni türk əlifbası dövlət əlifbası olaraq təsdiq edilir və bununla da vəzifələndirilir: a) bütün milliləşdirilmiş idarələrdə yazışmalar köhnə əlifba ilə paralel yeni əlifbada aparılsın; b) Azərbaycan SSR ərazisində yerləşənbütün idarə, müəssisə və təşkilatlarda hər növ ərizə və yazılı sənədlər və onların cavabları həmin əlifbada verilsin. Dekret 1 iyul 1924 - cü il tarixdən qüvvəyə minir. (Az MİK - in sədri Qasımov, Az MİK - in Katibi Şahbazi)”.
Daha sonradekret “Bakinskiy raboçiy” qəzetinin 24 iyul 1924-cü il tarixli 165-ci nömrəsində dərc olunmaqla elan edilir.

(Ardı var)
Yeganə Kamal Cabbarlı
AzVision.az üçün
Chosen
19
2
azvision.az

3Sources