EN

İranda Ali Rəhbərin vəzifələri kollektiv rəhbərliyə veriləcək

Ayna saytına istinadən ain.az xəbər verir.

“Əli Xameneyinin vəzifələrini Prezident, məhkəmə hakimiyyətinin rəhbəri və Keşikçi Şurasının üzvü yerinə yetirəcək”

İranın Ali Rəhbərinin vəzifələri onun ölümündən sonra müvəqqəti olaraq kollektiv rəhbərliyə həvalə olunacaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ölkənin birinci vitse-prezidenti Məhəmməd Möhber bildirib.

“Mərhum Əli Xameneyinin vəzifələrini Prezident, məhkəmə hakimiyyətinin rəhbəri və Keşikçi Şurasının üzvü yerinə yetirəcək. Bu hakimiyyət bölgüsü İran Konstitusiyasının 111-ci maddəsində nəzərdə tutulub”, Möhber deyib.

Bildirib ki, Prezident, məhkəmə hakimiyyətinin rəhbəri və Keşikçi Şurasının üzvü boş qalan müddətdə Ali Rəhbərin səlahiyyətlərini icra edəcəklər.

Qeyd edək ki, İranın rəsmi məlumatına görə, Xameneyi şənbə günü səhər tezdən ABŞ və İsrail tərəfindən həyata keçirilən raket hücumu nəticəsində iqamətgahındakı ofisində ölüb. Bundan sonra İran hakimiyyəti 40 günlük milli matəm və qeyri-iş həftəsi elan edib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İran ordusu bəyanatlarında qisas alınacağını bəyan edib.

Xatırladaq ki, şənbə günü ABŞ və İsrail Tehran da daxil olmaqla, İran şəhərlərindəki hədəflərə zərbələr endirib. Buna cavab olaraq İran İsrail ərazisinə, eləcə də Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə raket zərbələri endirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
60
ayna.az

1Sources