EN

İranda öldürülən rütbəlilərin sayı açıqlandı

1 mart tarixində İsrailin zərbələri nəticəsində 40 İran komandiri öldürülüb.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) məlumat yayıb.
 
"Qabaqlayıcı əməliyyatın başlanğıcından bəri İsrail Hərbi Hava Qüvvələri 40 yüksək rütbəli komandiri öldürüb - bu, İMQ kəşfiyyatının mümkün etdiyi tarixi bir zərbədir", - deyə İMQ-nin açıqlamasında bildirilib.
 
İMQ-nin mətbuat xidməti qeyd edib ki, İsrail qırıcı təyyarələri Tehranda bir neçə yerdə toplaşan yeddi yüksək rütbəli İran təhlükəsizlik məmurunu öldürüb. İMQ "İran rəhbərliyindəki yüksək rütbəli hərbi məmurların əksəriyyətini" öldürdüyünü iddia edir. Bildirilib ki, onlar "ilk zərbədə - bir dəqiqə ərzində" öldürülüblər.
 
Chosen
11
moderator.az

1Sources